13:00
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü

Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

Fortunamag.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ölən şəxs Bolnisi rayonunun Kazreti qəsəbə sakini 23 yaşlı Elvar Sariyevdir.

Məlumata görə, E.Sariyev işləmək məqsədilə Polşaya gedibmiş.

Hadisə də Polşanın Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Bildirilir ki, Elvar Sariyev dostları ilə birlikdə göldə çimərkən boğulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha çox