13:27
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

40 yaşları var: DÇ-də oynayacaqlar

40 yaşları var: DÇ-də oynayacaqlar

İyunun 11-də ABŞ, Meksika və Kanadada start götürəcək futbol üzrə dünya çempionatında iştirak edəcək ən yaşlı oyunçuların siyahısı açıqlanıb.

Fortunamag.az xəbər verir ki, turnirdə mübarizə aparacaq 48 yığmanın heyətində 40 yaş və daha yuxarı futbolçular da yer alıb.

Tanınmış veteranlar arasında ilk olaraq Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun adı çəkilsə də, çempionatın ən yaşlı iştirakçısı Şotlandiya yığmasının qapıçısı Kreyq Qordondur. O, mundial oyunlarına 43 yaşında çıxacaq.

Dünya çempionatında iştirak edəcək 40 yaşdan yuxarı futbolçular bunlardır:

  • Kreyq Qordon (Şotlandiya) – 43 yaş

  • Kriştianu Ronaldo (Portuqaliya) – 40 yaş

  • Luka Modriç (Xorvatiya) – 40 yaş

  • Edin Ceko (Bosniya və Herseqovina) – 40 yaş

  • Qilyermo Oçoa (Meksika) – 40 yaş

  • Vozniya (Kabo-Verde) – 40 yaş

Daha çox