AFFA-da iki nəfər vəzifəsindən azad edilib.
Fortunamag.az Sport1.az-a istinadən xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib.
Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.
AFFA-dan saytımıza verilən açıqlamada məlumat təsdiq olunub. Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur.