01:32
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib. Festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.

Fortunamag.az xəbər verir ki, festivalın əsas məqsədi kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi, fermer və sahibkarların dövlət dəstək mexanizmləri, müasir texnologiyalar və aqrar məhsullar barədə məlumatlandırılması, onların məhsul və xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Ötən ildən etibarən 12 iqtisadi rayon üzrə keçirilən panel müzakirələrin sayı Ağdamda təşkil olunan tədbirlə 25-ə çatıb.

Daha çox