20:37
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

AKTİ sədri: KLİK Proqramı davam edəcək

AKTİ sədri: KLİK Proqramı davam edəcək

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) Proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən həyata keçirilən irimiqyaslı layihələrdən biridir. Layihənin əsas məqsədi yeni nəsil gənc liderlərin yetişdirilməsi, könüllülük sahəsində fəaliyyət göstərən liderlərin inkişaf etdirilməsi və üzə çıxarılmasıdır. Bu proqram əsas yaradacaq ki, həmin sahədə fəaliyyət göstərən könüllülər yetişsin və özlərinin bilik və bacarıqlarını təkmilləşdirsinlər.

Fortunamag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AKTİ-nin sədri Vüqar Əliyev deyib.

"Proqramın ümumi müddəti 6 ay olacaq. İlk 3 ay ərzində könüllü liderlər müxtəlif təlimlərdə, sessiyalarda iştirak edəcəklər. Növbəti 3 ay müddətində isə təcrübə proqramlarında iştirak edəcək və təcrübə mübadilələri aparacaqlar. Ümumilikdə proqramın qeydiyyat mərhələsinə 1000-ə yaxın gənc qeydiyyatdan keçmişdi. Onların arasından 35 nəfər seçilib", - deyə V.Əliyev qeyd edib.

Fortunamag.az

Daha çox