02:11
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Aleksandr Şarovski vəfat etdi

Aleksandr Şarovski vəfat etdi

Bu gün Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib.

Fortunamag.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edib.

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”, - paylaşımda deyilir.

Qeyd edək ki, 78 yaşlı A.Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alırdı.

Şarovski aktyor kimi həyat verdiyi Rezo (“Premyera”, L.Roseb), Eldar (“Qum üzərində ev”, R.İbrahimbəyov), Şeyx Sənan (“Şeyx Sənan”, H.Cavid), Fərhad (“Fərhad və Şirin”, S.Vurğun), Henrix (“Kral Lir”, V.Şekspir), Mehmandarov (“Neft bumu”, M.İbrahimbəyov) - ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sənətkar eyni zamanda “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980) “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Daha çox