22:22
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Alen Simonyan özünə toy edir

Alen Simonyan özünə toy edir

Bu yaxınlarda üçüncü dəfə nikaha daxil olan Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan toy məclisi keçirmək qərarına gəlib.  

Fortunamag.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Sentyabrın 5-də keçiriləcək toy məclisinə Ermənistanın bütün siyasi elitasının dəvət edildiyi bildirilir. Bununla belə, hazırda Simonyanla münasibətləri soyuq olduğu iddia edilən Ermənistanın Baş naziri Nikol Paşinyanın məclisdə iştirak edib-etməyəcəyi maraq doğurur.

46 yaşlı Simonyanın həyat yoldaşı 26 yaşlı aktrisa-model Aneliya Qubryandır. Cütlük bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar. A.Simonyan keçmiş həyat yoldaşı Maryam Marqaryandan ötən il boşanıb. Onların iki övladı var.






Daha çox