01:44
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Almaniyanın yeni səfiri Bakıdadır

Almaniyanın yeni səfiri Bakıdadır

Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölke Bakıya gəlib.

Fortunamag.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.

“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.

Xatırladaq ki, D.Lölke bu postda Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Ralf Horlemannı əvəz edib.

Daha çox