19:34
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
BIZNES

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident

“Az Thermo King” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bunu...

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident
“Az Thermo King” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 19-a çatıb.

Fortunamag.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində il ərzində 5 növdə olmaqla 3700-dək soyutma avadanlıqları istehsal etmək gücündə olan müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 8 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Fortunamag.az

Daha çox