06:31
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Avroviziya2025 Gürcüstanda

Gürcüstan “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinə ev sahibliyinə hazırlaşır. Fortunamag.az xəbər verir ki, müsabiqənin finalı dekabrın 13-də baş tutacaq və 18 Avropa ölkəsindən nümayəndələr, eləcə...

Avroviziya2025 Gürcüstanda

Gürcüstan “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinə ev sahibliyinə hazırlaşır.

Fortunamag.az xəbər verir ki, müsabiqənin finalı dekabrın 13-də baş tutacaq və 18 Avropa ölkəsindən nümayəndələr, eləcə də “Ranina” layihəsinin qalibi Anita Abqariani iştirak edəcək.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili mətbuat konfransında bildirib ki, ölkə artıq dörd dəfə “Uşaq Avroviziyası”nın qalibi olub və İctimai Yayımçı ikinci dəfədir ki, tədbirin aparıcılığını həyata keçirir. Onun sözlərinə görə, yarışmada ümumilikdə 3000-ə yaxın uşaq iştirak edəcək və tədbir aparıcı yayımçılar tərəfindən canlı yayımlanacaq.

Mədəniyyət naziri Tinatin Ruxadze isə müsabiqənin yenidən Gürcüstanda keçirilməsini ölkə üçün qürurverici addım kimi qiymətləndirib. O, Gürcüstanın bu sahədə əldə etdiyi nəticələri xüsusi vurğulayaraq, gürcü uşaqlarının istedadının dünya tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Fortunamag.az

Daha çox