21:47
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Azərbaycan Gəncləri Günü regionlarda qeyd edilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsində Azərbaycan Gəncləri Günü qeyd edilib. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əlamətdar gün münasibətilə...

Azərbaycan Gəncləri Günü regionlarda qeyd edilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsində Azərbaycan Gəncləri Günü qeyd edilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əlamətdar gün münasibətilə region gəncləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Regionlarda dövlət qurumlarının nümayəndələrinin və gənclərin fəal iştirakı ilə müxtəlif formatlarda tədbirlər keçirilib Həmin tədbirlərdə gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişafı məqsədilə müxtəlif görüşlər, panel müzakirələri və interaktiv tədbirlər təşkil olunub. Bununla yanaşı, gənclər intellektual yarışlar və inşa müsabiqələrdə iştirak edib, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Regional nümayəndəlik və bölmələrin fəaliyyətində fəallığı ilə seçilən gənclər təltif olunublar. Tədbirlər musiqili-əyləncəli konsert proqramları ilə davam etdirilib.

Fortunamag.az

Daha çox