Globalart.az “BP”yə istinadən xəbər verir ki, yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikası olan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) haqqında diqqətlə seçilmiş və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.
Kitab oxuculara AXC haqqında qısa, maraqlı və etibarlı mənbələrə əsaslanmış tarixi məlumatlar təqdim edir. Hər bir fakt AXC-nin parlament iclaslarının stenoqramları və hökumət qərarları da daxil olmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatların dəqiqliyini və həqiqiliyini təmin edir. Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövlət himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar var.Kitaba həmçinin 25 orijinal illüstrasiya da daxil edilib, bu da nəşri vizual baxımdan cəlbedici edir və məktəblilər, tələbələr, eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatan edir.“Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə işıq salan bu mühüm layihəni dəstəkləməkdən həqiqətən qürur duyuruq. Təqdim etdiyimiz yeni kitab faktları qısa və maraqlı bir formada təqdim etməklə tarix haddında bilgiləri cəmiyyətin hər bir üzvü üçün əlçatan edir və Azərbaycan Xalq Cümhuriyyətinin irsinin uzun illər ərzində qorunub yaşamasına töhfə verir.”
Globalart.az