00:14
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
BUSINESS

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq barədə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri  Ralf Böhme ilə görüş keçirilib, Azərbaycan-Almaniya Tic...

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq barədə müzakirələr aparılıb
İqtisadiyyat Nazirliyində Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri  Ralf Böhme ilə görüş keçirilib, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası təşkil olunub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme ilə görüşüb.

Görüşdə Azərbaycan-Almaniya dostluq və əməkdaşlıq münasibətləri, ticarət-iqtisadi əlaqələrin müsbət dinamikası və prioritet sahələrdə – iqtisadiyyat, energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika – əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsi və Almaniya şirkətlərinin ölkədəki fəaliyyətinin genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

İclasda Azərbaycanın iqtisadi vəziyyəti, makroiqtisadi sabitlik, sənaye parkları və Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətləri üçün yaradılmış imkanlar, həmçinin enerji, təhsil, turizm, səhiyyə və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlıq imkanları barədə məlumat verilib. Ralf Böhme müzakirələrin iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrini gücləndirəcəyini və əməkdaşlığın genişləndirilməsi perspektivlərini vurğulayıb.

  Fortunamag.az

Read More