06:39
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Fortunamag.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsini...

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Fortunamag.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası Əbu-Dabi şəhərində keçirilib. 

Tədbirdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Yekunda "Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu" imzalanıb.

Fortunamag.az

Daha çox