10:53
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri arasında təkbətək görüş

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev arasında təkbətək görüş olub. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı Azə...

Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri arasında təkbətək görüş
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev arasında təkbətək görüş olub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının əsas aspektləri müzakirə edilib, yüksəksəviyyəli siyasi dialoqun, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində bağlılığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, regionda sülhün, sabitliyin və davamlı inkişafın təşviq edilməsində birgə səylərin əhəmiyyəti qeyd edilib. Tərəflər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Fortunamag.az

Daha çox