14:56
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Azərbaycan builki “Uşaq Avroviziya”da iştirak etməyəcək

Azərbaycan builki “Uşaq Avroviziya”da iştirak etməyəcək

Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək “Uşaq Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.

Fortunamag.az “Eurovoix” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov təsdiqləyib.

Azərbaycanın builki müsabiqədə iştirak etməməsinin səbəbi isə açıqlanmayıb.

Xatırladaq ki, Azərbaycanı ötən il sözügedən müsabiqədə “Miau Miau” adlı mahnı ilə Yağmur təmsil etmişdi. O, müsabiqəni 66 xalla 15-ci pillədə başa vurub.

Daha çox