Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Fortunamag.az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub.
“Peşəvərdə məktəb binasının bir hissəsinin çökməsi nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Yaxınlarını itirmiş ailələrin kədərini paylaşır, bu faciədən zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda deyilir.
Xatırladaq ki, Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində 32 şagird və bir müəllim həyatını itirib, 20 nəfər xəsarət alıb.