23:10
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

“AzerGold Uzbekistan” təsis edildi

“AzerGold Uzbekistan” təsis edildi

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistanda dövlət qeydiyyatına alınıb.

Fortunamag.az xəbər verir ki, iki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.

Hazırda “Akba” qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.

Daha çox