22:06
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

“Azeri Light” bahalaşdı

“Azeri Light” bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Fortunamag.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63% artaraq 92,89 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 92,31 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha çox