00:15
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

“Azeri Light” ucuzlaşdı

“Azeri Light” ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Fortunamag.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 5,88 ABŞ dolları və ya 4,83% azalaraq 122,15 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 128,03 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha çox