12:50
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

“Azeri Light”ın qiyməti 86 dollara düşdü

“Azeri Light”ın qiyməti 86 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Fortunamag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,95 ABŞ dolları və ya 4,36% ucuzlaşaraq 86,55 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,5 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha çox