Bakı 9-cu dəfə Formula 1 Azərbaycan Qran-Prisinin ev sahibliyini edir və artıq böyük həyəcanla başlayıb. Ənənəvi Pit zolağı gəzintisi sürət həvəskarları üçün möhtəşəm başlanğıc olub.
Təxminən iki saat davam edən bu gəzinti yalnız üç günlük bilet sahiblərinə təqdim olunub. Minlərlə azarkeş komandalarının qarajlarını yaxından izləyərək “Ferrari”, “Red Bull Racing” və “Mercedes” kimi nəhənglərin bolidlərinin hazırlıq prosesini izləmək fürsəti qazanıblar.
Azarkeşlər həmçinin dünya şöhrətli pilotlarla şəkil çəkdirərək unudulmaz xatirələr əldə ediblər. Mühərriklərin gurultusu, mexaniklərin sürətli işləri və Pit zolağındakı canlı atmosfer tamaşaçılara Formula 1-in pərdəarxasına unikal baxış imkanı verib.
Fortunamag.az