Bakıda kanat yolu ilə sərnişindaşıma olacaq.
Fortunamag.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamların ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib.
Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də, layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.