14:16
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

“BakıKart”ın qiyməti 1 manat artır

“BakıKart”ın qiyməti 1 manat artır

İyulun 1-dən etibarən “BakıKart” kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.

Bu barədə Fortunamag.az -a “BakıKart”dan məlumat verilib.

Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Fortunamag.az

Daha çox