01:13
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
AZəRBAYCAN

Belarusla bu anlaşma memorandumu təsdiqləndi

Belarusla bu anlaşma memorandumu təsdiqləndi

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Fortunamag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Hökumətinə bildiriş göndərməlidir.

Daha çox