23:45
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
NEWS

Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində təşkil olunan “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” adlı beynəlxalq konfransın...

Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində təşkil olunan “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” adlı beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfərə yola düşüblər.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ağdərə rayonunun Ballıqaya kəndində yerləşən kütləvi məzarlığı ziyarət edəcək. Burada əvvəllər döyüş mövqeyi olmuş ərazidə 10-dan çox Azərbaycan hərbçisinə məxsus olduğu güman edilən qalıqlar aşkarlanıb.

Qonaqlar səfərin növbəti mərhələsində Şuşa şəhərinə gedəcəklər. Burada iştirakçılar şəhərlə tanış olacaq, o cümlədən işğal dövründə azərbaycanlı əsir və girovların saxlandığı Şuşa həbsxanasına baş çəkəcəklər.

Sabah konfrans iştirakçılarının Cəbrayıl rayonuna səfəri və Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində salınmış yeni məskunlaşma əraziləri ilə tanış olmaları planlaşdırılır.

Fortunamag.az

Read More