23:40
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Biri sevincdən, digəri kədərdən ağladı

Biri sevincdən, digəri kədərdən ağladı

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misir üzərində 3:2 hesablı dramatik qələbədən sonra emosiyalarına hakim ola bilməyib.

Fortunamag.az xəbər verir ki, Argentina 0:2 hesabı ilə geridə olduğu oyunda əzmkar geri dönüş edərək Misiri 3:2 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.

Qarşılaşmanın final fiti səslənəndə argentinalı dünya ulduzu meydanda sevinc göz yaşları töküb.

Qeyd edək ki, ötən gün Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya məğlub olaraq turnirlə vidalaşmışdı.

Həmin qarşılaşmadan sonra komandanın kapitanı Kriştianu Ronaldo da kədər göz yaşlarını saxlaya bilməmişdi.




Daha çox