• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

08.04.2026
SİYASƏT, Xəbərlər
Share on FacebookShare on Twitter

 

Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistanın UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə təşkilatçı ölkələrin UNESCO yanında daimi nümayəndələri, təşkilatın Baş direktoru Xalid Əl-Ənani, diplomatik korpusun, diaspor təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində Tacikistanın UNESCO yanında daimi nümayəndəsi Dilşod Kamolzoda Rəhimi 13 ölkə adından çıxış edərək Novruz bayramının mənəvi əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu bayram bəşəri dəyərləri təcəssüm etdirir, xalqları bir araya gətirən mühüm mədəni irs nümunəsidir. Novruzun yenilənmə, ümid, təbiətin oyanışı, ailə və dostlarla bir araya gəlmək rəmzi olduğu qeyd edilib.

Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri təqdim ediblər. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə milli modelyer Leyla Babazadənin hazırladığı geyim kolleksiyası nümayiş olunub.

Azərbaycan mədəni irsindən ilhamlanan bu kolleksiya milli ornamentlərin və ənənəvi estetik düşüncənin müasir interpretasiyasına əsaslanır. Hər bir geyim tarixin, yaddaşın və mədəni kimliyin daşıyıcısı kimi təqdim edilir.

Kolleksiya vasitəsilə dizayner Azərbaycan mədəniyyətinin incəliyini, dərinliyini və zamanlararası dəyərini beynəlxalq auditoriyaya çatdırmağı qarşısına məqsəd qoyub. Təqdim olunan nümunələr milli irsin qorunması və onun müasir dünyada yaşadılması ideyasını əks etdirir.

Tədbirdə, həmçinin Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın mədəni təqdimatları — musiqi və rəqs çıxışları da nümayiş olunub.

Ziyarətçilərə təşkilatçı ölkələrin milli mətbəx nümunələri təqdim edilib. Azərbaycanın zəngin mətbəxini əks etdirən dolma, plov, qutab, şəkərbura kimi ənənəvi təamlar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.