• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir

25.02.2026
İnkişaf, Xəbərlər
Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir
Share on FacebookShare on Twitter

Fevralın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasəti” mövzusunda tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi qərarının əhəmiyyətindən danışıb. O, bu təşəbbüsün şəhərsalma siyasətində keyfiyyətli dəyişikliklərə və müasir memarlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Qeyd edib ki, cari il ərzində reallaşdırılacaq layihələr çərçivəsində keçiriləcək tədbirlərdə təşkilatın üzvləri də fəal iştirak edəcəklər.

Partiyanın İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətinin artırılması, ətraf mühitin qorunması və iqtisadi inkişaf baxımından əsas prioritetlərdəndir. Ümummilli Lider tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən proqramlar, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın bu sahədə regionun qabaqcıl ölkələrindən birinə çevrildiyini göstərir.

Digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə uğurla davam etdirilir. Azərbaycanın şəhərsalma sahəsində nailiyyətləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsinə səbəb olub və bu, dövlətimizin qlobal etimada layiq görüldüyünü təsdiqləyir. Həmçinin qeyd edib ki, Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir və beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq aparır.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.