• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qrupları Bakıda bir araya gəliblər

09.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qrupları Bakıda bir araya gəliblər
Share on FacebookShare on Twitter

Aprelin 9-da Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında əlaqələr günbəgün genişlənir, inkişaf edir. O, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb.

Əhliman Əmiraslanov Şimali Kiprlə də əlaqələrimizin genişləndiyini bildirərək, Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər ŞKTC-nin Türk Dövlətləri Təşkilatında, habelə TÜRKPA-da təmsil olunmasının qurum ölkələri ilə daha səmərəli əlaqələrin qurulmasına imkan verəcəyini deyib. O, Şimali Kiprin Türkiyə və Azərbaycan parlamentləri ilə mövcud olan uğurlu əməkdaşlığının bütün türk dövlətləri parlamentləri ilə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Üçtərəfli görüşdə çıxış edən Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev qrupun 2024-cü ildə yaradıldığını, ötən dövr ərzində parlamentlərimiz arasında sıx əlaqələrin olduğunu, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin baş tutduğunu bildirib.

Daha sonra tədbirdə TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan və Türkiyə parlamentləri arasında səmərəli əməkdaşlığın həm regional, həm də Türk dünyasında strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” fikrinin önəmini vurğulayaraq, Türk dünyası ölkələri arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyindən danışıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.