• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir

03.04.2026
Biznes, Xəbərlər
Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir
Share on FacebookShare on Twitter

Maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət Maliyyəsi və Satınalmalar Bölməsi üzrə təcrübə meneceri Serdar Yılmaz və Bankın Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeister ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, xüsusilə dövlət maliyyə idarəetməsi sahəsində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə olunub.

A.Kərimov bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Dünya Bankının bu sahədə göstərdiyi dəstək yüksək qiymətləndirilir və həyata keçirilən islahatların effektivliyinə mühüm töhfə verir.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, dövlət müəssisələrinin monitorinqi istiqamətində son dövrlərdə görülən işlər və həyata keçirilən islahatlar bu sahədə şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir və qarşıdakı dövrdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Öz növbəsində, S.Yılmaz Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, dövlət müəssisələrinin monitorinqi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və Dünya Bankının bu istiqamətdə texniki dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin Dünya Bankı tərəfindən göstərilə biləcək mümkün texniki yardım layihələri, eləcə də Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin qarşısında duran vəzifələr və bu istiqamətdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər bu sahədə təcrübə mübadiləsinin və birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.