• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycanın süni intellekt bacarıqlarının inkişafına dair təcrübəsi BNF-nin hesabatında yüksək qiymətləndirilib

10.04.2026
Biznes, Xəbərlər
Azərbaycanın süni intellekt bacarıqlarının inkişafına dair təcrübəsi BNF-nin hesabatında yüksək qiymətləndirilib
Share on FacebookShare on Twitter

Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyi təşəbbüslər beynəlxalq səviyyədə növbəti dəfə tanınıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumunun (BNF) dərc etdiyi “Bacarıqlar bizi irəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçi qüvvəsinin bacarıqları – xülasə və nəticələr” adlı hesabatda ölkəmizin təcrübəsinə xüsusi yer ayrılıb.

Hesabatda süni intellektin tətbiqi fonunda işçi qüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmaları təhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib. Bu çərçivədə “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” müsbət nümunə kimi göstərilib.

Xüsusilə vurğulanıb ki, Azərbaycanın yanaşması süni intellekti əmək bazarı üçün risk kimi deyil, peşəkar inkişaf üçün yeni imkan kimi təqdim edir. Strategiya çərçivəsində ictimaiyyətin süni intellekt barədə məlumatlılığının artırılması, etik və məsuliyyətli istifadənin təşviqi prioritet kimi müəyyən olunub. Bu məqsədlə Milli Süni İntellekt Mərkəzi nəzdində yaradılan Süni İntellekt Akademiyası vasitəsilə ilkin biliklərdən başlayaraq daha dərin STEM əsaslı təlim proqramları həyata keçirilir. Strategiya çərçivəsində müxtəlif dövlət qurumları üzrə 500 əməkdaş üçün təlim və 3000 nəfərlik süni intellekt mütəxəssisi icmasının formalaşdırılması nəzərdə tutulur.

Hesabatda ümumilikdə bildirilib ki, nəqliyyat sektorunda süni intellektin tətbiqi yalnız texnoloji deyil, eyni zamanda, bacarıqların inkişafı və əmək bazarının transformasiyası məsələsidir. Bu baxımdan Azərbaycanın yanaşmasının beynəlxalq səviyyədə qeyd edilməsi ölkəmizin bu sahədə irəli sürdüyü siyasətin düzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir. Həmçinin Azərbaycanın süni intellekt, rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı üzrə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını və digər ölkələrə nümunə təşkil etdiyini göstərir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.