• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

Bakı Marafonu ilk dəfə olaraq 42 km-də keçiriləcək: qeydiyyat başladı

23.02.2026
İdman, Xəbərlər
Bakı Marafonu ilk dəfə olaraq 42 km-də keçiriləcək: qeydiyyat başladı
Share on FacebookShare on Twitter

“Bakı Marafonu 2026”ya qeydiyyat başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi təşkil edilən marafonda əsas yenilik isə odur ki, yarış yarımarafon deyil, ilk dəfə 42 kilometr məsafədə tam marafon olaraq və fərqli marşrutda keçiriləcək.

Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Bakı Marafonu mayın 3-də saat 10-da Dövlət Bayrağı Meydanından start götürəcək, finiş xətti isə “Sea Breeze” ərazisində olacaq.

Doqquzuncu Bakı Marafonunun marşrutu: Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – 8 Noyabr prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Böyük İpək Yolu küçəsi – Müzəffər Nərimanov küçəsi – Ziya Bünyadov prospekti – Böyükşor-Pirşağı yolu – Bilgəh-Pirşağı şosesi – “Sea Breeze”.

Marafonda iştirak etmək istəyən şəxslər aprelin 25-dək www.marathon.az saytı vasitəsilə, həmçinin “28 Mall”, “Dəniz Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindəki məntəqələrdə ödənişli qaydada qeydiyyatdan keçə bilər. Tələbələr üçün isə qeydiyyat pulsuzdur.

“Bakı Marafonu 2026”da kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.