• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Cəfər Həsənovun solo konserti – Nağaranın sədası

09.04.2026
SİYASƏT, Xəbərlər
Cəfər Həsənovun solo konserti – Nağaranın sədası
Share on FacebookShare on Twitter

Beynəlxalq Muğam Mərkəzində respublika və beynəlxalq müsabiqələr laureatı, “Üzeyir Hacıbəyli mükafatı”nın qalibi, zərb alətlərinin mahir ifaçısı Cəfər Həsənovun “Nağaranın sədası” adlı solo konserti təşkil olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konsertdə milli musiqi və ritmlərimizin ən gözəl nümunələri fərqli tərzdə tamaşaçılara təqdim olunub.

Proqramda Cəfər Həsənovu “Qobustan” ritm qrupu müşayiət edib. Gecədə Əməkdar artistlər – kamança ifaçısı Xəyyam Məmmədov, qanun ifaçısı Çinarə Mütəllibova, eləcə də digər tanınmış musiqiçilər – Rəvan Qaçayev, Hüseynağa Aslanov, Nicat Aslanov, İsmayıl Zülfüqarov, Emin Eminli və İdris Tağıyev iştirak ediblər.

Konsertdə “Cəngi” kompozisiyası, Ramiz Mirişlinin “Arazın mahnısı”, xalq mahnıları “Qara qaşın vəsməsi”, “Gül açdı” və şanlı qələbəmizə həsr olunan “Yurd” kompozisiyası səsləndirilib.

Proqramdan sonra çıxış edən Xalq artisti, professor Ağaverdi Paşayev, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru Mustafa Aşurov və Ansamblın instrumental heyətinin musiqi rəhbəri Mahir Ordubadi Cəfər Həsənovu təbrik edərək, ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar. Bildiriblər ki, Cəfər Həsənov ustad sənətkarların izi ilə inamla irəliləyir, milli musiqi ənənələrimizi layiqincə yaşadır və özünəməxsus ifa tərzi ilə seçilir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.