• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

EMTA və “Bank Respublika” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

10.04.2026
Xəbərlər
EMTA və “Bank Respublika” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Share on FacebookShare on Twitter

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Bank Respublika” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və “Bank Respublika” ASC-nin İdarə Heyəti sədrinin müavini Elnur Həsənov imzalayıblar.

İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyət istiqamətindən danışıb və bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlər veriləcək. O, “Bank Respublika” ilə əməkdaşlıqda həyata keçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağına ümidvar olduğunu qeyd edib.

Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində bu istiqamətdə layihələrin dəstəklənməsində mümkün perspektivləri diqqətə çatdırıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.