• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

EMTA və “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

09.04.2026
Biznes, Xəbərlər
EMTA və “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Share on FacebookShare on Twitter

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Rabitəbank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin imzalayıblar.

Rövşən İsmayılov bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca əlverişlidir.

Orhan Gültekin fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirləri hədəfləyən layihələrin həyata keçirilməsinin və bu istiqamətdə əməkdaşlığın gələcək perspektivlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.