• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalanıb

03.04.2026
Biznes, Xəbərlər
Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalanıb
Share on FacebookShare on Twitter

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu əməkdaşlıq fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.

“Vətəndaşlar, eləcə də müəssisələr bu imkanlardan yararlana biləcəklər. Bu addımlar ölkəmizdə enerji effektivliyi sahəsində işlərin davamlı və sistemli şəkildə aparılmasına töhfə verir. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin real nəticəyə çevrilməsini təmin edir və vətəndaşlar üçün faydalı imkanlar yaradır”,- deyə o qeyd edib.

Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.