• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu

01.04.2026
İnkişaf, Xəbərlər
Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu
Share on FacebookShare on Twitter

Qayıdış və Dirçələş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək naminə: Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu” adlı layihəni uğurla icra edib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, layihə çərçivəsində silsilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Milli Konservatoriyasında geniş şəkildə təşkil olunub.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər arasında milli həmrəyliyin, vətənpərvərlik ruhunun və dövlətçilik dəyərlərinə bağlılığın daha da gücləndirilməsi və işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolunun artırılması olub.

Tədbirlərdə Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin rəhbəri Vüqar Qədirov çıxış edərək layihənin məqsədləri və əhəmiyyəti barədə geniş məlumat verib. O bildirib ki, layihə gənclərin təşəbbüskarlıq qabiliyyətinin artırılması, liderlik potensialının inkişaf etdirilməsi və onların Qarabağ və Şərqi Zəngəzurun sosial-mədəni inkişaf proseslərinə fəal şəkildə cəlb olunmasını hədəfləyir.

Vüqar Qədirov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əldə etdiyi tarixi Qələbəni xüsusi vurğulayıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və güclü liderliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Safur Hacımuradov gənclərin dövlətin prioritet istiqamətlərində aktiv iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, gənclər yalnız bu günün deyil, həm də gələcəyin aparıcı qüvvəsidir və onların regionların sosial-iqtisadi inkişafında rolu getdikcə artır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.