• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Litvanın Baş naziri: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk

09.04.2026
SİYASƏT, Xəbərlər
Litvanın Baş naziri: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Litva Baş nazirinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mövcud səmimi münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi niyyətinin göstəricisidir.

Milli Məclisin sədri deyib ki, Azərbaycan və Litva arasında tarixən formalaşmış əlaqələr və xalqlar arasında dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır.

Söhbət zamanı ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

S.Qafarova ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratdığını qeyd edərək, müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Söhbətdə iqtisadi və ticarət əlaqələrinin mövcud potensiala uyğun inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə əlavə imkanların mövcud olduğu vurğulanıb.

Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədri təhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib. Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərin keçirildiyi məmnuniyyətlə qeyd olunub.

Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlar arasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb. Parlamentlərin profil komitələri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.

Litvanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyən Baş nazir İnqa Ruqiniene mövcud geniş imkanları qeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunu bildirən qonaq ikitərəfli münasibətlərin inkişafında parlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.