• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Mərkəzi Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verilib

04.02.2026
İnkişaf, Xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verilib
Share on FacebookShare on Twitter

Laboratoriya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi standartlara uyğunlaşdırılması və diaqnostik imkanların genişləndirilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən laboratoriyaların yenidən təşkili istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu çərçivədə Bakı şəhərində autoimmun laborator müayinələrin mərkəzləşdirilmiş və optimallaşdırılmış şəkildə təşkili təmin olunub.

Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq autoimmun xəstəliklərin laborator diaqnostikası üzrə ixtisaslaşmış laboratoriya yaradılıb və hazırda tam şəkildə fəaliyyət göstərir.

Layihə çərçivəsində autoimmun xəstəliklərin diaqnostikası üçün nəzərdə tutulan tam avtomatik laboratoriya infrastrukturu qurulub. Yeni qurulan laboratoriya beynəlxalq tibbi və laboratoriya standartlarına cavab verən müasir texniki infrastrukturla tam təchiz olunub. Analizlərin aparılması üçün yüksək dəqiqlikli avtomatlaşdırılmış avadanlıqlar olan “Euroimmun Analyzer I”, “EuroBlotOne”, “EuroPattern Microscope Live”, “IF Sprinter”, “Eurostar IV Plus microscope” cihazları quraşdırılaraq istismara verilib.

Layihə çərçivəsində laboratoriyanın dayanıqlı və effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə işçi heyətin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilib. Belə ki, laboratoriya əməkdaşları müasir diaqnostik metodlar, avtomatlaşdırılmış sistemlərin istismarı və analiz nəticələrinin düzgün interpretasiyası üzrə peşəkar təlimlərə cəlb edilib.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında qurulan yeni autoimmun laboratoriya müxtəlif autoimmun xəstəliklərin erkən mərhələdə aşkarlanması, diaqnostik proseslərin sürətləndirilməsi və nəticələrin yüksək dəqiqliklə əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə həm pasiyentlər üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, həm də həkimlərin klinik qərarvermə prosesində daha etibarlı laborator məlumatlarla təmin olunmasına imkan yaradır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.