• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert

09.04.2026
Mədəniyyət, Xəbərlər
“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert
Share on FacebookShare on Twitter

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində gənc vokalçı, İRƏLİ” İctimai Birliyində baş katibi, Bakı İctimai Xorunun təsisçisi, “İlin gənci” nominasiyasının sahibi Riad Ağanın “Oyan, bülbül” adlı solo konsert proqramı olub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, onu pianoda Cəlal Səmədov və Aydan Yeşildağ müşayiət ediblər.

Konsertdən əvvəl çıxış edən Azərbaycan Milli Konservatoriyasının Tələbə Elmi Cəmiyyətinin sədri, musiqişünas Zeynəb Bağır “Muzeydə musiqi” layihəsinin əhəmiyyəti və vokalçı Riad Ağanın həm yaradıcı, həm də ictimai fəaliyyəti ilə bağlı mühüm nüanslara toxunub.

O qeyd edib ki, Riad Ağa yalnız səhnə fəaliyyəti ilə kifayətlənməyən, eyni zamanda musiqi mədəniyyətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması istiqamətində fəal rol oynayan sənətçilərdəndir.

Zeynəb Bağır vurğulayıb ki, Riad Ağanın ifasında səslənən əsərlər təkcə estetik zövq yaratmaqla məhdudlaşmır, həm də dinləyicini düşünməyə, musiqinin dərin qatlarını kəşf etməyə sövq edir. Onun vokal üslubu, səhnə mədəniyyəti və ifa etdiyi repertuarın seçimi isə ifaçının peşəkarlığını və musiqiyə olan həssas yanaşmasını açıq şəkildə nümayiş etdirir. Təşəbbüsləri və təşkilatçısı olduğu layihələr milli musiqi irsimizin qorunması və yeni nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”,- deyə Z.Bağır əlavə edib.

Konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Oqtay Kazımi, Rəşid Nəsiboğlu və Sevda İbrahimovanın müxtəlif əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.