• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Numan Kurtulmuş: Ankara Cənubi Qafqazda əməkdaşlıq mühiti yaradılmasının mümkünlüyünə inanır

09.04.2026
SİYASƏT, Xəbərlər
Numan Kurtulmuş: Ankara Cənubi Qafqazda əməkdaşlıq mühiti yaradılmasının mümkünlüyünə inanır
Share on FacebookShare on Twitter

Türkiyə qardaş Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafını xüsusilə həssas məsələ hesab edir. Ankara lap əvvəldən regiondakı bütün dövlətlər arasında əməkdaşlıq mühiti yaradılmasının mümkünlüyünə inanırdı. Bu baxımdan, əsas çətinlik Azərbaycanın Qarabağ bölgəsinin işğalı idi.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə parlamentlərarası diplomatiyanın töhfəsi ilə bağlı bildirib.

TBMM sədri aprelin 15-19-da İstanbulda keçirilməsi planlaşdırılan Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasına həsr olunmuş jurnalistlərlə görüşdə qeyd edib ki, Azərbaycan torpaqlarının azad edilməsi ilə Cənubi Qafqazda yeni güc balansı yaranıb.

“Biz Azərbaycan ilə Ermənistan arasındakı yaxınlaşmanı, xüsusən də son addımları çox müsbət və vacib hesab edirik. Mən Türkiyə, Azərbaycan və Ermənistan arasında həm siyasi sahədə, həm də parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafını istisna etmirəm. Qafqaz regionundakı digər dövlətlər də bu formata cəlb edilə bilər”, – deyə N. Kurtulmuş bildirib.

Parlamentin sədri Cənubi Qafqazda tezliklə uzunmüddətli sülh mühitinin bərqərar olacağına ümid etdiyini bildirib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.