• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07.04.2026
Biznes, Xəbərlər
“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb
Share on FacebookShare on Twitter

Bu gündən etibarən Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanılıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşlarının iştirakı ilə keçirilən təlimlərin məqsədi “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydalarının izah edilməsi, mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron qaydada bağlanılması və göndərilməsi prosesinə dair iştirakçıların məlumatlandırılmasıdır.

Təlim zamanı Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnaməyə uyğun olaraq yaradılan “e-müqavilə” altsistemi barədə geniş məlumat verilib.

Qeyd olunub ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, “e-müqavilə” altsistemi qalib təchizatçılar ilə bağlanan müqavilələrin hazırlanması, elektron imzalanması və idarə olunması proseslərinin vahid informasiya sistemində elektron mühitdə həyata keçirilməsini təmin edəcək. Sistem vasitəsilə satınalma prosesi üzrə iş axını tam rəqəmsallaşdırılır, eyni zamanda dövlət maliyyəsinin idarəolunması, büdcə planlaşdırılması və xəzinə əməliyyatları üzrə proseslərin operativliyi, şəffaflığı və nəzarət mexanizmləri gücləndirilir.

Daha sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, onlara sistemin praktik istifadəsi ilə bağlı tövsiyələr verilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinə dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etmək və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil etmək tapşırılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.