• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

TDT çərçivəsində əməkdaşlıq alternativ beynəlxalq marşrutların formalaşmasını sürətləndirir

09.04.2026
SİYASƏT, Xəbərlər
TDT çərçivəsində əməkdaşlıq alternativ beynəlxalq marşrutların formalaşmasını sürətləndirir
Share on FacebookShare on Twitter

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında son illərdə müşahidə olunan siyasi və iqtisadi yaxınlaşma yeni beynəlxalq nəqliyyat və ticarət marşrutlarının formalaşmasına mühüm zəmin yaradır.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu fikirləri türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Ekspert qeyd edib ki, qlobal geosiyasi proseslər, xüsusilə beynəlxalq ticarət marşrutlarında yaranan qeyri-müəyyənliklər və regional risklər alternativ nəqliyyat dəhlizlərinə marağı əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, TDT-yə üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan – bu baxımdan yalnız coğrafi üstünlüklərə deyil, həm də artan siyasi koordinasiyaya malikdirlər.

“Bu gün dünyada təchizat zəncirlərinin şaxələndirilməsi prioritet məsələdir. TDT məkanında yerləşən ölkələr isə Avrasiya xəritəsində Şərq ilə Qərbi birləşdirən ən optimal körpü rolunu oynayır. Bu isə alternativ marşrutların inkişafını qaçılmaz edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) yalnız regional layihə deyil, qlobal logistika sisteminin ayrılmaz hissəsinə çevrilməkdədir. Çinlə Avropa arasında yük daşımalarında vaxtın əhəmiyyətli dərəcədə azalması, təhlükəsizlik və sabitlik baxımından üstünlüklər Orta Dəhlizi digər marşrutlarla müqayisədə daha cəlbedici edir. Alternativ marşrutların inkişafı təkcə məsafənin qısaldılması ilə məhdudlaşmır. Burada əsas amillərdən biri də siyasi sabitlik, tranzit ölkələr arasında etibarlı tərəfdaşlıq və vahid logistika siyasətinin formalaşdırılmasıdır. TDT bu baxımdan mühüm platforma rolunu oynayır”, – deyə ekspert əlavə edib.

Cafer Dalın fikrincə, son dövrlərdə həyata keçirilən iri infrastruktur layihələri bu prosesə ciddi təkan verib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Qazaxıstan və Türkmənistan limanlarının modernləşdirilməsi Orta Dəhlizin ötürücülük qabiliyyətini artırır: “Bununla yanaşı, rəqəmsal gömrük sistemlərinin tətbiqi və “vahid pəncərə” mexanizmlərinin genişləndirilməsi tranzit müddətlərinin azalmasına xidmət edir. TDT ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Enerji, rəqəmsal iqtisadiyyat, yaşıl texnologiyalar və logistika xidmətləri kimi sahələrdə inteqrasiyanın güclənməsi alternativ marşrutların dayanıqlığını daha da artırır. Xüsusilə yaşıl nəqliyyat konsepsiyasının tətbiqi və karbon emissiyalarının azaldılması istiqamətində birgə təşəbbüslər gələcək perspektivlər üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı, Çin və digər böyük iqtisadi mərkəzlərin Orta Dəhlizə artan marağı TDT ölkələrinin strateji əhəmiyyətini daha da yüksəldir. Bu isə üzv dövlətlər qarşısında həm yeni imkanlar, həm də əlavə məsuliyyətlər yaradır”, – deyə ekspert bildirib.

Cafer Dalın sözlərinə görə, qarşıdakı dövrdə əsas prioritetlərdən biri nəqliyyat infrastrukturunun daha da modernləşdirilməsi, logistika xərclərinin azaldılması və tranzit prosedurlarının harmonizasiyası olacaq. Eyni zamanda, region ölkələri arasında siyasi dialoqun gücləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi alternativ marşrutların səmərəliliyini artıracaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.