• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

UN-Habitat-ın nümayəndəsi: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

10.04.2026
SİYASƏT, Xəbərlər
UN-Habitat-ın nümayəndəsi: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Share on FacebookShare on Twitter

Azərbaycanla əməkdaşlıq yeni mərhələdə davam edir və dayanıqlı inkişaf üzrə resursların səfərbərliyi artırılır.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı deyib.

Anna Soave Azərbaycanın icraedici hökumətinə BMT və onun proqramlarını dəstəklədiyinə görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, bu dəstək yalnız əvvəlki dövrdə deyil, yeni əməkdaşlıq çərçivəsində də ardıcıl şəkildə davam edir.

“İş planı artıq cari ilin yanvar ayından icra olunmağa başlayıb və 2026-cı ilin dekabr ayına qədər davam edəcək. Nəticələrin ilin sonunda təqdim olunması nəzərdə tutulur. Cari il üçün ümumi tələb olunan resurslar 3 milyon 667 min 600 dollardan bir qədər çox, mövcud resurslar isə təxminən 1,6 milyon dollar və əlavə 73 min dollar təşkil edir. Qalan vəsaitlərin səfərbər olunması əsasən tərəfdaşlar və resurs səfərbərliyi imkanları hesabına həyata keçiriləcək. Ümumi tələb olunan vəsaitlər baxımından Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aparıcı mövqedədir. Mövcud resursların bölgüsündə isə UN-Habitat, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və digər tərəfdaş agentliklər, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə strukturu (UN Women) və digər qurumlar yer alır”, – deyə Anna Soave qeyd edib.

Bildirilib ki, indiyədək maliyyələşmənin böyük hissəsi təmin olunub, lakin hələ də 1,9 milyon dollardan çox vəsaitin səfərbər olunmasına ehtiyac var: “Bu istiqamətdə bir sıra layihələr hazırda hökumətin yekun təsdiqini gözləyir və həmin təsdiqlərin əlavə maliyyə imkanlarının yaranmasına şərait yaradacaq. Maliyyə vəsaitlərinin əsas hissəsi BMT-nin əsas maliyyə mənbələrindən, eləcə də Azərbaycan hökuməti, Avropa Komissiyası və Avropa İttifaqı, həmçinin İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən təmin olunur”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.