WUF13 çərçivəsində qonaqlar Qarabağ və Şərqi Zəngəzura gedəcəklər
“WUF13 çərçivəsində işğal nəticəsində dağıdılmış Azərbaycan ərazilərinin yenidən qurulması prosesini dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra sessiyaların və əyani tanışlıq turlarının keçirilməsi planlaşdırılır”.
Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bu məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, xarici qonaqlara Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərini real məkanda görməyə şərait yaradacaq:
“Bərpa-quruculuq fəaliyyəti ilə bağlı sessiyalarımız bu həqiqətlərin qlobal miqyasda yayılmasına xidmət edəcək. Biz həm mövcud vəziyyəti, həm də görülən işləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışacağıq”.
Fortunamag.az
