• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

WUF13 Kiyevdə təqdim olunub

19.03.2026
SİYASƏT, Xəbərlər
WUF13 Kiyevdə təqdim olunub
Share on FacebookShare on Twitter

Ukraynanın paytaxtı Kiyevdə Bakı şəhərində təşkil olunacaq 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) ilə bağlı xüsusi təqdimat keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və BMT-Habitat Ofisinin dəstəyi ilə Ukrayna Diplomatik Akademiyasında keçirilən tədbirdə çıxış edən səfir Seymur Mərdəliyev bildirib ki, tədbirin əhəmiyyətindən danışıb.

“Bu mühüm forumu Bakıda keçirməklə, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirəyə töhfə verməyi və davamlı inkişafa sadiq olan ölkələr, qurumlar və maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməyi hədəfləyirik”, – deyə səfir əlavə edib.

S.Mərdəliyev bildirib ki, Azərbaycan gələcək nəsillərin ehtiyaclarını ödəyən şəhərlər formalaşdırmağa çalışır. Xüsusilə, Azərbaycanın azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində “ağıllı şəhərlər” və “ağıllı kəndlər”in inkişafı kimi iddialı təşəbbüslər təşviq edilir.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və Ümumdünya Şəhər Forumunun (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva onlayn təqdimatla çıxış edib. Bildirib ki, WUF13-ə ev sahibliyi etməklə Azərbaycan mənzil və şəhər dayanıqlılığı məsələlərini ən yüksək siyasi səviyyədə mövqeləndirməyə, müxtəlif milli kontekstlərə cavab verən praktik və miqyaslana bilən həlləri təşviq etməyə çalışır.

Ukraynalı deputatlar Volodimir Kreydenko və Yelena Şulyak WUF13 tədbirinin dünya şəhərsalma probleminin həllinə verəcəyi töhfədən danışıblar.

Tədbir panel iclasla davam edib. Ukraynada şəhərsalma, dağılmış evlərin bərpası, evlərin çatışmazlığı, onların kommunikasiya uyğunluğu barədə fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.