06:34
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Bu gün İsa Peyğəmbərin mövludu qeyd olunur

Milad bayramı xristian aləminin ən əlamətdar dini bayramlarından biridir və İsa peyğəmbərin anadan olmasını simvolizə edir. Dünya xristianları məzhəblərinə görə Miladı 25 dekabr (katoliklər) və ya 6–7...

Bu gün İsa Peyğəmbərin mövludu qeyd olunur

Milad bayramı xristian aləminin ən əlamətdar dini bayramlarından biridir və İsa peyğəmbərin anadan olmasını simvolizə edir. Dünya xristianları məzhəblərinə görə Miladı 25 dekabr (katoliklər) və ya 6–7 yanvar (pravoslavlar) tarixlərində qeyd edirlər.

Fortunamag.az bildirir ki, katolik ənənəsinə görə 25 dekabr tarixi İsanın ana bətninə düşdüyü gün hesab edilən 25 martdan 9 ay sonrasına uyğunlaşdırılıb. Bəzi araşdırmalarda isə bu tarix qədim romalıların “Yenilməz Günəşin doğulması” bayramı ilə əlaqələndirilir.

İncilə görə, İsanın anası Məryəm bakirə ikən hamilə qalıb və bu xəbər ona mələklər tərəfindən verilib. Məryəm və nişanlısı Cozef Roma imperatorunun əmri ilə keçirilən siyahıyaalma səbəbilə Vifleyemə yollanıblar. Şəhərdə yer tapılmadığından, İsa bir mağarada — heyvanların saxlandığı yerdə dünyaya gəlib. Onun doğum yerini ilk tapdıqları barədə çobanlar və ulduzu izləyən müdriklər haqqında müxtəlif inanclar mövcuddur.

Miladın qeyd olunmasına dair ilk tarixi mənbələr IV əsrə aiddir. Əvvəllər İsanın doğumu və vəftizi eyni gündə qeyd olunurdu. Roma Papası Yuli dövründə bu iki bayram ayrılmış və Milad 25 dekabrda qeyd edilməyə başlanmışdır. Miladın köklərində yəhudi, qədim yunan və digər qədim inancların izlərinə də rast gəlinir.

Fortunamag.az

Daha çox