00:40
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
NEWS

Ceyhun Bayramov Avstriyaya işgüzar səfər edib

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a veril...

Ceyhun Bayramov Avstriyaya işgüzar səfər edib

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Fortunamag.az

Read More