03:41
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İNKIşAF

Ceyhun Bayramov Macarıstana işgüzar səfər edib

Dekabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, səfər...

Ceyhun Bayramov Macarıstana işgüzar səfər edib

Dekabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, səfər çərçivəsində dekabrın 11-də Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

Həmçinin Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.

Fortunamag.az

Daha çox